Əsas Səhifə Başliqlar Prezident onlara bir daha xəbərdarlıq etdi

Prezident onlara bir daha xəbərdarlıq etdi

2 dəqiqə oxundu
0
0
230

Kadr siyasəti hər bir dövlət üçün çox mühüm istiqamətdir və Prezident İlham Əliyev buna böyük diqqət yetirir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Fikrət Sadıqov Prezident İlham Əliyevin avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin etməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, hər bir şəxs vəzifəsinin məsuliyyətini və ciddiliyini dərk etməli, Prezidentin etimadını doğrultmalıdır:

“Bəzən təyin olunan kadrlar dövlət başçısının etimadını doğrultmur. Cənab İlham Əliyevin də dediyi kimi, sanki feodallara çevrilirlər, özbaşınalıqla məşğul olurlar. Görünür, deyilənləri ya dərk etmirlər, ya da inkar edirlər. İnkar edirlərsə, cəzalarını da birmənalı şəkildə çəkəcəklər. Çünki inkar etmək, qəbul etməmək, özbaşınalıqla məşğul olmaq dövlət kadrlarına layiq olan və yaraşan bir hərəkət deyil.

Onlar təyinata razılıqlarını bildirərkən işin ciddiyyətini və mahiyyətini dərk etməlidirlər. Xalq üçün işləməli və ona kömək etməlidirlər. Əks halda onların taleyi acınacaqlı olacaq”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…