Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyasının minimum məbləği barədə dəyişikliyi təsdiqləyib.

Sosialxəbər.az xəbər verir ki, İlham Əliyevin imzaladığı Fərmanla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun təsdiqlənib.

Bu Fərmanla əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunub

İndiyə kimi əmək pensiyasının minimum məbləği 160 manat idi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanundan irəli gələn məsələləri həll etmək tapşırılıb.