Əsas Səhifə Sərəncamlar Prezident tapşırıq verdi

Prezident tapşırıq verdi

3 dəqiqə oxundu
0
0
12

Bu sahədə də işlər uğurla gedir. Kənd təsərrüfatı hər bir ölkə üçün önəmli sahədir.

Sosialxəbər.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə bildirib.

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün əsas vəzifədir, eyni zamanda, biz öz ixrac imkanlarımızı da genişləndiririk. Fermerlərə əlavə güzəştlər edilir. Texnika ilə bağlı təminat yüksək səviyyədədir. Bu il 700-dən çox texnikanın satılması artıq təmin edilibdir. Əvvəlki illərdə böyük sayda kənd təsərrüfatı texnikasının alınması hesabına biz bu sahənin inkişafına nail ola bildik. Əlbəttə, burada müasir texnologiyalar, müasir suvarma sistemləri əsas rol oynayır. İndi Azərbaycanda azot gübrəsi zavodu da fəaliyyət göstərir. Yəni, xaricdən azot gübrəsinin alınmasına ehtiyac qalmır. Pivot tipli suvarma sistemləri Azərbaycanda istehsal edilməyə başlamışdır. Yəni, bu sahədə biz özümüzü təmin etmək üçün, əlbəttə ki, çox ciddi addımlar atırıq. Əminəm ki, növbəti illərdə bu sahədə daha da böyük nəticələr əldə ediləcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Bunu da oxu

ƏSMİD İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk ianəsini köçürüb

Bu barədə Sosialxəbər.az -a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına…