Əsas Səhifə Başliqlar Prezidentdən Afinaya mühüm mesaj

Prezidentdən Afinaya mühüm mesaj

7 dəqiqə oxundu
0
0
702

Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən açıq danışması digər dövlətlər üçün də bir mesajdır. Yəni əgər ölkələr arasında problem varsa, bu, açıq-aşkar müzakirə edilməlidir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edən zaman ənənəvi diplomatik dildən istifadə etmədi:

“Prezident İlham Əliyev özü də qeyd etdiyi kimi diplomatlar hazırlayan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. Onu da qeyd edim ki, cənab Prezident dünya miqyasında tanınan debatlarda yüksək səviyyəli peşəkar diplomat olaraq da tanınır. Lakin ölkə başçısı bütün bunları xatırladaraq, tam açıq danışacağına işarə etdi.

Prezidentin Yunanıstan-Azərbaycan münsibətlərinə mənfi təsir edən məqamları səfirin diqqətinə tam çılpaqlığı ilə çatdırması ciddi bir faktdır. Düşünürəm, ölkə başçısının yunan səfirlə bu üslubda danışması problemləri olduğu kimi qaldırıb, həlli istiqamətində addım atmaq istəyindən doğur”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev Türkiyəni təkcə Azərbaycan Prezidenti olaraq yox, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) rəhbəri kimi də dəstəklədiyini səfir Nikolaos Piperiqkosun diqqətinə çatdırdı:

“Bu dəstək, əslində, digər türk ölkələri üçün örnək olmalıdır. Türkiyə bütün hallarda regionun aparıcı dövlətidir və digər türk dövlətləri Türkiyənin uğurlarına sevinməlidir. Eyni qaydada Türkiyəni narahat edən məsələ bütün türk ölkələrinin problemi olmalıdır. Bu mənada cənab Prezident örnək bir addım ataraq dəstəyini nümayiş etdirdi”.

Politoloq bildirib ki, Yunanıstan üçün Azərbaycan və Türkiyə düşmən deyil, etibarlı tərəfdaşdır:

“Yunanıstan Türkiyə ilə Aralıq dənizinin şərq hissəsində gərginliyi artırmaqdan imtina etməlidir. Rəsmi Afinanın bu kimi davranışlarının heç kimə faydası yoxdur. Türkiyə və Azərbaycan regionda ən etibarlı iqtisadi, siyasi tərəfdaşlardır. Bunun əksi olaraq Yunanıstan təkcə Türkiyə ilə deyil, Azərbaycan ilə də münasibətləri korlamaqdadır. Səfir Nikolaos Piperiqkosun özü də vurğulayıb ki, bir neçə il əvvəl əməkdaşlığımız yaxşı inkişaf etmişdi. Mövcud yunan hakimiyyətinin antitürk siyasəti təkcə Ankara ilə deyil, rəsmi Bakı ilə münasibətləri günü-gündən korlayır. Cənab Prezidentin vurğuladığı Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıq çox ciddi bir faktdır. Baxın, bu faktı deyən sadə bir insan deyil, Azərbaycan Respublikasının Prezidentidir. Yəni bu, real bir faktdır. Bu faktın özü belə iki ölkə münasibətlərini poza biləcək qədər ciddidir”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…