Əsas Səhifə Sərəncamlar Prezidentdən sərəncam

Prezidentdən sərəncam

2 dəqiqə oxundu
0
0
171

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sosialxəbər.az xəbər verir ki, sərəncama əsasən, Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılacaq. Həmçinin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizmi beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə yaradılacaq və tətbiq ediləcək.

Sərəncama əsasən, Nazirlər Kabineti dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil edəcək və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat verəcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Bunu da oxu

“Evdə Qal,Cəmiyyəti Qoru” Sumqayıt şəhərində manitorinq keçirdi- Araz Nuruzadə

Sosialxəbər.az bildirir ki, Azərbaycan Respublikasında 23.03.2019-cu il tarixindən karanti…