Əsas Səhifə Başliqlar Prezidentin hədəfi budur

Prezidentin hədəfi budur

4 dəqiqə oxundu
0
0
276

385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlinin qoyulması Bakının və Abşeronun elektrik enerjisi təchizatına mühüm töhfə verəcək.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olması haqda danışarkən deyib.

O bildirib ki, ölkəmizdə keçirilən islahatlar bir yox, bir neçə sahəni əhatə edir:

“Şübhəsiz, bu sahələrdən biri, hətta deyərdim, ən önəmlisi enerji təminatıdır. Prezident dəfələrlə öz çıxışında vurğulayıb ki, paytaxtın və regionların enerji təchizatı təmin edilməli, bu istiqamətdə konstruktiv tədbirlər görülməlidir.

1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi bunun bariz nümunəsidir. Bu yarımstansiya Bakının və Abşeronun enerji tələbatının ödənilməsinə mühüm töhfələr verəcək. Xüsusilə son illərdə “Qobu” yarımstansiyası kimi bir çox stansiya və yarımstansiyalar tikilib və tikilməkdədir. Şübhəsiz, ölkə başçısının enerji məsələsinə bu cür diqqət yetirməsi ölkə əhalisinin maraqlarına hesablanıb. 13 il əvvəl nəinki regionlarda, hətta paytaxtda belə bəzi yerlərdə elektrik enerjisinin tez-tez kəsildiyinin şahidi olurduq. Lakin bu gün həm paytaxt, həm də regionların inkişaf etdiyini, vətəndaşların bu istiqamətdə üzləşdiyi problemlərin keçmişdə qaldığını müşahidə edirik. Bütün bunlar öz növbəsində ölkə başçısının uzaqgörən siyasətinin nəticəsidir”.

Elman Nəsirov qeyd edib ki, ölkə başçısı “Qobu” yarımstansiyasının texniki parametrləri ilə yaxından tanış olub:

“Bu həm görülən, həm də görüləcək işlərin keyfiyyətini yoxlamaq üçündür. Şübhəsiz, bundan sonra da “Qobu” yarımstansiyası kimi müəssisələr tikilməkdə davam edəcək. Çünki bir daha qeyd edirəm, planlaşdırılmış bir hədəf var. Ölkə başçısı paytaxtın və regionların bir-birindən asılı olmadan öz elektirk enerjisini təmin etməsini istəyir və bu yöndə uğurlu işlər görülür”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…