Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki situasiyanın həllinə çalışır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə deyib.

O bildirib ki, ABŞ Donbasda münaqişəsinin aradan qaldırılacağını düşünür:

“Hazırda inanıram ki, Rusiya prezidenti nəyəsə nail olmaq istəyərdi. İndiki zamanda ümid edirəm ki, siz və Putin görüşəcəksiniz və problemi həll edə biləcəksiniz. Bu, inanılmaz irəliləyiş olardı”.