Əsas Səhifə Dünya Putin imtina etməyənə qədər müharibə davam edəcək

Putin imtina etməyənə qədər müharibə davam edəcək

3 dəqiqə oxundu
0
0
4

Rusiya Ukraynanı öz vassalı etmək istəyindən əl çəkməyənə, Putin Ukrayna dövlətinə qarşı imperiya planlarından imtina etməyənə qədər müharibə davam edəcək.

Sosialxəbər.az xəbər verir ki, bunu ukraynalı politoloq Kirill Sazonov “Obozrevatel” saytına açıqlamasında deyib.

“Geoloq və səyyahların bir deyimi var: əgər sənin dalınca ayı düşübsə, qaçaqov sən yorulanda deyil, ayı yorulanda başa çatacaq. Bu, Rusiya-Ukrayna müharibəsi üçün də keçərlidir. Biz Rusiyaya hücum etməmişik, Kubanı, Voroneji işğal etməmişik. Və buna görə də ayı rolunda biz deyilik. Rusiya bizə hücum edib, torpağımızda təcavüzkar hərbi əməliyyatları başladıb. Müharibə də biz istəyəndə yox, Rusiya yorulanda başa çatacaq. Ukrayna prezidentinin müharibəni başa çatdırmağı arzu etməsi azdır. Vacib deyil, o, hansı familyanı daşıyır – Poroşenko və ya Zelenski. Problem ondadır ki, hələ Rusiya bizə öz oyun qaydalarını tətbiq edir. Müharibəni başa çatdırmağın bir yolu var, o da kapitulyasiyadır. Amma prezidentə kapitulyasiyaya getməyə Ali Rada imkan verməyəcək. Xalq Cəbhəsi, Pyotr Poroşenko Bloku, millətçilər bu barədə dəfələrlə xəbərdarlıqlarını ediblər. Hətta prezident parlament seçkilərindən sonra Ali Radanın razılığını alsa belə, xalq buna imkan verməyəcək. Bizdə dərhal Maydan baş verəcək”, – Sazonov bildirib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

“SƏLİS Könüllülər” Birliyi təsis olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” e…