Əsas Səhifə Başliqlar Putinlə Ərdoğanın Qarabağ müzakirəsi

Putinlə Ərdoğanın Qarabağ müzakirəsi

4 dəqiqə oxundu
0
0
99

Türkiyə regionda gücləri balanslaşdırmaq üçün Azərbaycanın milli məsələləri və Cənubi Qafqazdakı vəziyyətlə məşğul olmağa başlayır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Rüstəm Şahsuvarov Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərini şərh edərkən deyib.

O bildirib ki, Rusiya təkbaşına Qafqazda sabitliyi təmin edə bilmir, buna görə də Türkiyənin müdaxiləsi lazımdır:

“Ərdoğan və Putin telefon danışığı apardılar və Qafqazdakı vəziyyəti müzakirə etdilər. İctimaiyyətə onlar arasındakı söhbətin ikinci dərəcəli hissəsi çatdırıldı və əsl məğzi barədə məlumat verilmədi. Biz isə bilirik ki, Qafqaz Rusiya-Türkiyə təsirinin kəsişdiyi bölgədir və Putin hazırkı reallığı etiraf edir. İki liderin danışığında söhbət üçün başqa mövzu da yox idi”.

R.Şahsuvarovun sözlərinə görə, indi Rusiya Türkiyənin Azərbaycana yardımı və Türkiyənin bölgədəki hərbi mövcudluğu ilə hesablaşmağa məcburdur:

“Rusiya hər zaman Türkiyəni Qafqazdan uzaqlaşdırmaq, türk təsirinin qarşısını almaq və Qafqazı öz “qoruğu”na çevirmək üçün əlindən gələni edib. Ancaq gözümüzün önündə dünyanın güclü dövlətinə çevrilən Türkiyənin artıq sürətlə və davamlı inkişafını Rusiya nəzərə almaya bilməz”.

Politoloq onu da əlavə edib ki, yeni reallığın formalaşmasına təsir edən amillərdən biri də Azərbaycan və Türkiyənin birgə hərbi təlimləridir:

“Bu, qardaş Türkiyədən Azərbaycana səmərəli hərbi yardımın göstərilməsi, ölkəmiz üçün doğma olan Türkiyə ordusundan Azərbaycanın müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi istiqamətində böyük bir addımdır. Qeyd etmək lazımdır ki, manevrlər yalnız Türkiyənin 1921-ci il Qars və Moskva müqavilələrinə görə məsuliyyət daşıdığı Naxçıvanda deyil, həm də Azərbaycan ərazisinin əsas hissəsində – Bakı, Gəncə, Yevlax, Kürdəmirdə keçiriləcək. Bundan əlavə, ən yeni silahlardan və çox sayda kadr ehtiyatından istifadə olunacaq. Bütün bunlar çox önəmli nüanslardır”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…