Əsas Səhifə Cəmiyyət Qəhrəmanlar Unudulmur – Milli Qəhrəman Gültəkin Əsgərova

Qəhrəmanlar Unudulmur – Milli Qəhrəman Gültəkin Əsgərova

2 dəqiqə oxundu
0
0
47

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Sosialxəbər də bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olub. O, peşəkar həkim kimi 1992-ci il aprelin 4-də könüllü olaraq cəbhəyə gedib, Turşsu, Şuşa, Laçın, Qubadlı və digər yerlərdə əsgərlərə tibbi yardım göstərib, onlarla insanın həyatını xilas edib. 1992-ci il iyunun 20-də Aranzəmin-Naxçıvanik istiqamətində gedən döyüşdə həlak olub. 1993-cü il noyabrın 20-də Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 200 saylı məktəb, Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, Bakı şəhəri Nərimanov rayonunda büstü qoyulub.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…