Əsas Səhifə Cəmiyyət “Qəhrəmanları tanıyaq və tanıdaq!”

“Qəhrəmanları tanıyaq və tanıdaq!”

4 dəqiqə oxundu
0
0
45

Təşkilatının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində noyabrın 8-də seminar–müşavirə keçirilib. Sosialxəbər-in məlumatına görə, Respublika Veteranlar Təşkilatinın binasında keçirilən tədbirdə çıxış edən bu qurumun sədr müavini Cəlil Xəlilov layihənin məqsədindən, icrası istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, tədbir Qarabağ uğrunda müharibədə şücaət göstərərək “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, eyni zamanda, bu ilin aprelində şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Diqqətə çatdırılıb ki, layihə gənclərimizə xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan şəxslərin şərəfli həyat yolunun daha yaxından tanıdılması, xalqa, dövlətə sədaqət, tariximizə hörmət ruhunun aşılanması, onların arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının işinə dəstək verilməsini nəzərdə tutur. Seminar-müşavirədə “Azərbaycan qəhrəmanlar diyarıdır”, “Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir”, “Torpaq uğrunda ölən varsa Vətəndir”, “Milli qəhrəmanlarımız” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimi…