Əsas Səhifə Cəmiyyət Qərbi Azərbaycan İcmasının yeni nümayəndiliyi yaradıldı

Qərbi Azərbaycan İcmasının yeni nümayəndiliyi yaradıldı

4 dəqiqə oxundu
0
0
340

Ötən gün Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması İdarə Heyətinin növbəti onlayn iclası keçirilib.

Sosialxəbər.az xəbər verir ki, iclası giriş sözü ilə açan təşkilat sədri, millət vəkili Əziz Ələkbərli ölkədə və regiondakı mövcud vəziyyət barədə ətraflı məlumat verib. O, hazırda Türkiyə ordusunun Azərbaycan ordusu ilə birgə təlimlər keçirməsini yüksək qiymətləndirib, bunun Azərbaycan və Türkiyə qardaşlığının ən yüksək səviyyədə olması barədə dünyaya ciddi bir mesaj olduğunu bildirib.

İclasda çıxış edənlər son zamanlar bəzi separatçı qüvvələrin və gizli beşinci kalon nümayəndələrinin Qərbi azərbaycanlılar adından müxtəlif formal qurumlar, hətta siyasi partiyalar yaratmağa, müsahibələr, bəyanatlar verərək Qərbi azərbaycanlıları siyasi oyunlara cəlb etməyə çalışdıqlarını da diqqət çəkib, bunu qətiyyətlə pisləyiblər. Qərbi azərbaycanlılar adından danışmağa səlahiyyətli yeganə rəsmi qurum olaraq Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının Prezident İlham Əliyevi birmənalı şəkildə dəstəklədiyini bildiriblər.

Sonra Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin səfirlik, konsulluq, beynəlxalq, regional təşkilatlara Qərbi Azərbaycanlıların vətənə dönüşləri ilə bağlı müraciətlərinin mətni müzakirə və qəbul olunub.

İclasda gənc fəallar – Namiq Muradov Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının sədri, Sabir Rüstəmov isə sədr müavini seçilib. Gənclər Təşkilatının digər müavin və struktur rəhbərlərinin növbəti iclasda təyin olunması qərara alınıb.

İclasda Qərbi Azərbaycan İcmasının Azərbaycanın şəhər və rayonları üzrə nümayəndəliklərinin yaranması məsələsinə də baxılıb. Mehman Allahverdiyev Gəncəbasar bölgəsi üzrə Qərbi Azərbaycan İcmasının nümayəndəsi təsdiq olunub. Sumqayıt şəhər üzrə nümayəndəliyin yaradılması isə Bəxşeyiş Aləmşahova həvalə edilib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…