Əsas Səhifə Siyasət “Qətlin arxasında İranın dayanması istisna deyil” – deputatdan SENSASSİON AÇIQLAMA

“Qətlin arxasında İranın dayanması istisna deyil” – deputatdan SENSASSİON AÇIQLAMA

4 dəqiqə oxundu
0
0
30

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında İranın dayanması istisna deyil”. Bunu publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
O deyib ki, ABŞ və İranın müəyyən məsələlərə birgə müdaxiləsi müşahidə olunur:
“Konkret indi söyləyə bilmərəm ki, səfirin qətlinin arxasında hansı maraqlar dayanır. Ancaq səfirin öldürülməsinin hansı dövlətlərin maraqlarını uyğun gəldiyini açıq müşahidə etmək mümkündür”.
Deputat qeyd edib ki, İran və ABŞ dövlətləri gizli olaraq bir-birinin maraqlarına uyğun siyasət həyata keçirir:
“İran üzdə Rusiya, gizlində isə ABŞ-la yaxın siyasət aparır. Diqqət etsək, görərik ki, ABŞ-ın Səddam Hüseynə bəslədiyi nifrət İrana qarşı mövcud deyil. Ancaq ABŞ da guya İrana qarşı “düşmən” siyasəti aparır. ABŞ İranın vasitəsilə bütün Yaxın Şərq ölkələrində xaos yaratmağa nail olub. Bu gün İraqın tam şiə dövlətinə çevrilməsi üçün ABŞ İrana bütün şəraiti yaradıb. İraqın baş naziri Heydər İbadi kimdir? O, ABŞ-ın və İranın “uşağıdır”. İran və ABŞ-ın bu cür gizli əməkdaşlığı onu deməyə əsas verir ki, rəsmi Tehran İsraili yalnız sözdə “düşmən” hesab edir. Əslində isə İran İsrailin bütün siyasətini həyata keçirən ölkədir. Bu gün İran gizli şəkildə İsrailin bölgədəki siyasətini həyata keçirir. Bütün bunlara görə də Azərbaycan ayıq düşünməlidir”.
Xatırladaq ki, son günlər Rusiyadan olan bir neçə politoloq və Rusiya Liberal Demokrat Partiyasinin rəhbəri Vladimir Jirinovski yerli telekanallarda yayımlanan verilişlərdə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə bağlı sensassion çıxışlar edir. Onlar iddia edib ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankarada qətlə yetirilməsinin arxasında İran dövləti dayanır.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…