Zülfü Habil oğlu Kərimov 1967-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, məktəbi bitirdikdən sonra Rusiya Federasiyası Qorki Adına ali hərbi məktəbə daxil olur. 1989 -cu ildə Ali məktəbi bitirdikdən sonra hərbi biliklərini artırılması üçün Rusiya Federasiyasında baş leytinant kimi fəaliyyət göstərir.

1991-ci ildə Azərbaycan Respublikasında hərbi ximət etmək üçün qayıdır və Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. 1994-cü ilə qədər Qarabağda gedən döyüşlərdə iştirak edir və xüsusi təyinatlı dəstəyə rəhbərlik edir.

18 aprel 1996-cı il tarixində döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək həlak olur.
Prezident İlham Əliyevin 2011-ci il 25 iyun tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib