Əsas Səhifə Hadisə Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib

2 dəqiqə oxundu
0
0
168

Qax rayonunda xəstəxanada ölüm hadisəsi baş verib.

Sosialxəbər.az Report-a istinadən məlumatına görə, hadisə martın 11-də Qax Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndə) maddəsi ilə cinayət işi başlanıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Düşmənlə öz dilində danışmalıyıq

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün…