Əsas Səhifə Slide-az Qazax Müəllimlər Seminariyasının binası taleyin ümidinə tərk edilib

Qazax Müəllimlər Seminariyasının binası taleyin ümidinə tərk edilib

5 dəqiqə oxundu
0
0
251

Nimdaş, baxımsız, diqqətdən kənar məktəb binası vaxtı ilə Azərbaycan tarixində çox  böyük əhəmiyyətə malik olan elm ocaqlarından biri hesab edilən Qazax Müəllimlər Seminariyasının yerləşdiyi tarixi binadır.

Sosialxəbər.az bildirir ki, Burada ölkəmizin maarifçiləri, görkəmli şəxsiyyətləri, elm adamları yetişib.

Qazax Müəllimlər Seminariyasının tarixi Gürcüstandakı Qori Seminariyasından başlayır.

 

Rusiya İmperatoru II Aleksandrın fərmanı ilə Qori şəhərində Zaqafqaziya Seminariyası açılır. 1880-ci il may ayının 30-u bu seminariyanın tərkibində azərbaycanlı tələblərdən ibarət müsəlman bölməsi də fəaliyyətə başlayır.

Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra seminariyanın Azərbaycan bölməsi vətənə köçürülür. Bu işdə görkəmli maarifçi, Firudin bəy Köçərli böyük rol oynayır. Onun bilavasitə səyi və təşkilatçılığı ilə seminariyanın Azərbaycan bölməsi Qazaxa köçürülür və fəaliyyətə başlayır.

Elə Qazax Müəllimlər Seminariyasının direktoru da Firudin bəy Köçərli olur. O dövrdə Qazaxda ən tanınmış xeyriyyəçi və mülkədarlardan biri olan Məşədi İbrahim Hacı İsmayıl oğlu Kosalı özünün 17 otaqdan ibarət malikanəsini Qazax Müəllimlər Seminariyasına hədiyyə edir.

Təəssüf ki, hazırda tarixi binada vəziyyət heç də ürəkaçan deyil. Tikili, sözün həqiqi mənasında, dağılmaq üzrədir. Yararsız otaqlar, pəncərələr, məişət tullantıları içərisində batan bina.

Tikilidə binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması öz əksini tapır. Daha dəqiq desək, vurulan lövhədə binanın Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındığı yazılıb. Lakin nə qeydiyyata alan qurum, nə də digər aidiyyəti qurumlar binanın vəziyyəti ilə maraqlanmır.

Məsələ ilə bağlı Qazax rayonunda yerli qurumların heç birindən münasibət öyrənə bilmədik.

Daha doğrusu, istər İcra Hakimiyyəti, istərsə də digər qurumların rəsmiləri binanın vəziyyəti ilə bağlı danışmaq istəmədilər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Erməni təxribatı nəticəsində 2 məktəbli həlak oldu

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nə…