Əsas Səhifə Cəmiyyət QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb

QHT “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb

3 dəqiqə oxundu
0
0
8

“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 4 ay müddətində Bakı şəhərində reallaşacaq.

Bu barədə Sosialxəbər.az-a “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova məlumat verib. Onun spzlərinə görə,layihənin məqsədi yaşlı insanların cəmiyyətdə inteqrasiyasına və sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir. Layihə çərçivəsində sosial vəziyyəti zəif olan ahıl vətəndaşlar üçün doğum günü tədbirləri təşkil olunacaq. Tədbirlərdə digər ahıllar və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Bundan başqa yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirməsi məqsədi ilə yaşlı qadınlar arasında mətbəx bacarıqlarının nümayiş olunması ilə bağlı yarış təşkil olunacaq. Həm doğum günü olan ahıllara, həm də yarışda iştirak edən ahıl vətəndaşlara layihə çərçivəsində xüsusi hədiyyələr təqdim olunacaq.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Dövlət Sosial Müdafiə Fondunda müşavirə keçirilib

Sosialxəbər.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət …