Sosialxəbər.az xəbər verir ki, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi aylıq hesabatını təqdim edib.

Cari hesabat dövründə ümumilikdə 69 nəfər hüquqi və psixoloji yardım üçün Mərkəzə müraciət etmişdirlər. Xidmətlərdən yararlanmaq üçün müraciət edən 69 nəfərdən 56 nəfərə yalnız hüquqi xidmət, 13 nəfərə yalnız psixoloji xidmət göstərilmişdir. Müraciət edən şəxslərdən 6 nəfərin qohumları olan 6 uşağa da xidmətlər göstərilmişdir. Hüquqi və psixoloji xidmət üçün olunan müraciətlərin məzmunu (problemlər):
1. Maliyyə məsələləri – 14 müraciət.
2. Əmlak – Mülkiyyət hüququ – 9 müraciət.
3. Boşanma (Nigahın ləğvi) – 6 müraciət
4. Himayəçilik məsələləri – 7 müraciət.
5. Əmək hüququ – 3 müraciət.
6. Pensiya hüququ – 5 müraciət.
7. Alimet məsələləri – 7 müraciət.
8. Məişət zorakılığı – 4 müraciət.
9. Digər sosial problemlər – 8 müraciət.
10. Cinayət işi üzrə – 3 müraciət
11. Seksual zorakılığ üzrə – 1 müraciət.
12. Digər psixoloji problemlər – 2 müraciət.
Xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin cinsi üzrə sayı:
– 40 nəfər qadın;
– 29 nəfər kişi.
Hüquqi xidmət üçün müraciət edənlərin hər birinə keyfiyyətli şifahi hüquqi məsləhətlər verilmişdir. Müraciət edənlərdən 18 nəfərin işi üzrə ərizə, şikayət və müraciətlərin hazırlanmasında və göndərilməsində köməklik göstərilmişdir. Hüquqi xidmət göstərilən şəxslərdən 12 nəfərin işi məhkəmə instansiyalarında olduğu üçün nəzarətə götürülmüşdür. Bu müraciətlər üzrə məhkəmə proseslərinin gedişatı izlənilmiş, vəsatətlər və ərizələrin hazırlanmasında da köməklik göstərilmişdir.
Xidmətlərin daha effektli olması üçün Təşkilatın rəhbəri Zenfira Mustafayeva Sumqayıt şəhər Təhsil şöbəsinin rəhbərliyi ilə görüşmüşdür. Görüş zamanı qərar qəbul edilmişdir ki, orta məktəblərdə məktəb psixoloqları tərəfindən göstərilən xidmətlərin davamı olaraq psixoloji xidmətə ehtiyacı olan məktəbli şagirdlər və onların ailələri Mərkəzə yönəldilsinlər. Bunun nəticəsində hesabt dövrü ərizndə 3 məktəbli Mərkəzdə göstərilən xidmətlərdən istfadə etmişdirlər.
Bundan əlavə Təşkilatın rəhbəri Sumqayıt şəhər Polis İdarədsində görüşlər keçirmiş və məişət zorakılığından (əri və qohumları tərinfən fiziki və psixoloji zorakılığa məruz qalan) əziyyət çəkən uşaqlar və qadınların Mərkəzə yönəldilməsinə dair razılıq əldə edilmişdir.
Müraciət edən şəxslərə davamlı və keyfiyyətli psixoloji xidmətin göstərilməsi təmin edilmişdir. Psixoloji xidmətin davamlığının və keyfiyyətinin təmin edilməsi üçün müraciət edənlərin yaxın qohumlarına da xidmətlərin göstərilməsi həyata keçirilmişdir.
Ötən hesabat dövründə olduğu kimi bu hesabat dövründə də Mərkəzə müxtəlif regionlardan müraciətlər daxil olmuşdur. Mərkəzə digər regionlardan daxil olan müraciətlərin statistikası aşağıdakı kimidir;
– Bakı şəhəri – 6 müraciət;
– Xızı rayonu – 3 müraciət;
– Xaçmaz şəhəri – 1 müraciət;
– Quba rayonu – 2 müraciət;
– Abşeron rayonu – 8 müraciət;
– Şabran rayonu – 2 müraciət;
– Qusar rayonu – 2 müraciət.
Mərkəzə müraciət edən 69 nəfərdən 45 nəfəri Sumqayıt şəhər sakini, digər 24 nəfəri ilə yuxarıda qeyd edilən regionların sakinləri olmuşdurlar. Mərkəzə digər regionlardan müraciətlərin sayının artırılması üçün sosial şəbəkələrdə mütəmadi elanların verilməsi təmin edilmişdir.

İnsan alveri qurbanları/ehtimal olunan qurbanlar və potensial qurbanlara Mərkəzdə göstərilən birbaşa yardım haqqında

Müraciət edənlərdən 4 nəfər məişət zorakılığının 1 nəfər isə seksual sorakılığın qurbanı aşkar edilmişdir. Bu şəxslərin hər birinə keyfiyyətli və davamlı xidmətlər göstərilmişdir. Məişət zorakılığının qurbanı olmuş şəxslərə psixoloji xidmətin göstərilməsi zamanı hüquqi xidmətdən istfadə barədə də tövsiyyələr verilmişdir. Əvvəlki hesabat dövründə Mərkəzə müraciət etmiş məişət zorakılığı, seksual zorakılığın qurbanaları ilə iş davam etdirilmişdir.
Hesabat dövrü ərizndə 2 nəfər digər psixoloji problemlərə görə Mərkəzə müraciət etmişdirlər. Bu şəxslərdə özünə inamın aşağı olması və özünə qəsdə meyillik müşahidə edildiyi üçün onlar da risk qrupuna daxil edilmiş və onlar ilə davamlı işin aparılması qərara alınmışdır.

a) Qeyri- hökümət və ya başqa qurumlar tərəfindən göstərilən xidmətlərə yönlədirilmə. İnsan alveri qurbanlarının uşaqlar daxil olmaqla) peşə təliminə və ya təhsil proqramlara yönləndirilməsi, məşğulluq xidmətinə istiqamətləndirilməsi və işlə təmin edilməsi.

– Hesabat dövrü ərizndə 2 nəfərin pozulmuş əmək hüquqlarının bərpası üçün ərazi üzrə Əmək Müffətlişliyinə müraciət edilmişdir.
– Hesabat dövrü ərizndə alimentə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilmişdir.
– Hesabat dövrü ərizində sosial problemlərinin həlli məqsədi ilə 1 nəfər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi idarəsinə yönəldilmişdir.
– Hesabat dövrü ərizndə 1 nəfər öz nəvələri ilə görüşünün (ünsiyyətdə olmasını) təmin edilməsi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına yönəldilmişdir.
– Hesabat dövrü ərizndə ümumilikdə 18 nəfərin işi üzrə müxtəlif dövlət orqanlarına müraciətlər edilmişdir. Bu müraciətlərə veriləcək cavablara əsasən xidmtlərin davam etdirilməsi planlaşdırılmışdır.

2. ÜZLƏŞDİYİNİZ ÇƏTİNLİKLƏR VƏ GÖRÜLMÜŞ TƏDBİRLƏR

• Cari hesabat dövründə üzləşdiyiniz çətinliklər haqqında məlumatı qeyd edin.
Təşkilat rəhbərliyi hesab edir ki, dövlət orqanları və ictimai təşkilatlar tərəfindən Mərkəzdə göstərilən xidmətlərə yönəltmələrin sayı azdır.
• Çətinliklərə dair görülmüş tədbirlər (əgər varsa)
Məsələnin həll edilməsi üçün Təşkilat rəhbərli müxtəlif dövlət orqanlarında və real fəaliyyəti olan ictimai təşkilatlarda görüşlər keçirtmişdir. Bu görüşlərin nəticəsində gələcəkdə bu qurumlar tərəfindən daha çox benefesiarın xidmətlərə yönləndirilməsini təmin etmək mümkün olacaqdır.

3. “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən göstərilən hüquqi və ya psixososial xidmətlərdən faydalanan benefisiar və ya müştərilərin uğur hekəyaləri.
– Cari hesabat dövründə Sumqayıt şəhər İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzin xidmnətlərindən yararlanması üçün benefesiarlar yönəldilmişdir. İcra Hakimiyyəti tərəfindən Mərkəzə yönəldilmiş 6 nəfər benefesiar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzə yönəldilmiş 5 nəfər benefesiara keyfiyyətli xidmətlər göstərilmişdir.
– Əvvəlki hesabat dövründən fərqli olaraq bu hesabat dövründə əldə edilmiş razılığa əsasən Sumqayıt şəhər orta məktəblərində çalışan məktəb psixoloqları da Mərkəzə xidmətlərdən yararlanmaq üçün befesiarlar yönəltmişdirlər. Hesabat dövrü ərizndə 3 nəfər şagird Mərkəzdə göstərilən psixoloji xidmətdən yararlanmışdır.
– Hesabat dövrü ərizndə xidmətlər göstərilən 3 nəfər benefesiarın işi üzrə icra edilməyən alimentə dair məhkəmə qərarlarının icrası təmin edilmişdir.
– Hesabat dövrü ərzində ümumilikdə 3 nəfər valideyinin öz uşaqları ilə ünsiyyətdə olması təmin edilmişdir.
– Hesabat dövrü ərizndə 2 nəfər benefesiarın pozulmuş mülkiyyət hüquqları məhkəmə qaydasında bərpa edilmişdir.
– Hesabat dövrü ərizndə 2 nəfər benefesiarın pozulmuş əmək hüquqlarının bərpasına nail olunmuşdur.
– Hesabat dövrü ərizndə 2 nəfər qadının nigahın ləğvinə dair məhkəmə proseslərində hüquqlarının tam təmin edilməsinə nail olunmuşdur.
– Hesabat dövrü ərzində 4 nəfər benefesiarın sosial problemlərinin həllində köməklik göstərilmişdir.
– Cari hesabat dövründə iki azyaşlı uşağı rəsmi sənədlərinin bəpa edilməsinə və yeni sənədlərin alınmasına köməklik göstərilmişdir.
– Boşanmaq ərifəsində olan 2 ailənin yenidən birləşməsinə nail olunmuşdur.
– Hesabat dövründə sosial problemlərinə görə öz uşaqlarından (7 və 8 yaşında olan 2 azyaşlı) imtina etmək fikrində olan 1 qadının sosial problemlərinin həllində köməklik göstərilmiş və uşaqlar internat məktəbdən çıxarılaraq öz ailəsində yaşamaları təmin edilmişdir.