“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi 01.08.2019-cu il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsinin icrasına başlayıb.14.08.2019-cu il tarixində layihənin ilk maarifləndirmə-məlumatlandırma tədbiri Sumqayıt şəhəri 41-ci məhəllə 1 saylı məhəllə komitəsində təşkil olundu.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Mətanət Zeynalova məlumat verib.Onun sözlərinə görə, tədbirdə təlimçi Ramil Süleymanov bələdiyyə seçkiləri ilə bağlı qadın seçiciləri maarifləndirib. Hüquqşünas tərəfindən tədbirdə iştirak edən 35 seçici qadının sualları cavablandırılıb.Tədbirin sonunda qadın namizədlərin seminarı üçün 6 nəfər fəal qadın seçildi.