“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən “ Azərbaycan Respublikasının Dövlət Himninin işarət dilində hazırlanması və təqdimatı” layihəsnin icrasına başlayır.

Bu barədə Sosialxəbər.az-a Layihə rəhbəri Cəmilə Çingizqızı xəbər verib. Onun sözlərinə görə, Ölkəmizdə ümümilikdə sağlamlıq İmkanları məhdud insanlar hər zaman dövlətin diqqətindədir və qayğı ilə əhatə olunsa da, onların bəzilərinin ünsiyyət və münasibət qurmasında,eləcə də ölkədə baş vermiş hadisələrlə bağlı informasiya almasında çətinliklər var. Bu cür insanlar məhz eşitmə və nitq məhdudiyyətlilərdir. Bu problemi aradan qaldırmaq üçün eşitmə və nitqi məhdud olan uşaq və gənclərin ictimai aktivliyini yüksəltmək və informasiya balansının artırılmasına ehtiyac hiss olunur. Çünki eşitmə məhdudiyyətli şəxsləri ölkəmizi Beynəlxalq və ya yerli tədbirlərdə təmsil edir ,himnimiz səslənən zaman onlar bu himnin mahiyyətini anlasalarda,sözlərini anlamırlar.

Bunun üçün eşitmə və nitq məhdudiyyətli gənclərin tanımaq və onların dilini tanıtmaq, dövlət himimizin işarət dilində hazırlanmasına və cəmiyyətə təqdim olunmasına böyük ehtiyac duyurlur. Hazırlanacaq klip Azərbaycanlı məhdudiyəti olan gənclərin dünyaya mesajı olmaqla yanaşı həm də Azərbaycançılığın təşviqinə xidmət edəcəkdir.
3 ay boyunca davam edən layihədə, 15 eşitmə məhdudiyyətli gənc iştirak edəcək. Sonda Azərbaycan Respublikasinin Dövlət Himni ictimayyətə təqdim olunacaq.