Əsas Səhifə QHT - lər QHT eşitmə və nitq məhdudiyyətli şəxslər üçün daha bir məlumatlandırma Video-Çarxı hazırladı

QHT eşitmə və nitq məhdudiyyətli şəxslər üçün daha bir məlumatlandırma Video-Çarxı hazırladı

3 dəqiqə oxundu
0
0
107

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım Ictimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə pandemiya dövrünü əhatə edən ” Jest dilində məlumatlandırma ” layihəsi çərçivəsində daha bir məlumatlandırma video-çarx hazırlayıb.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Cəmilə Çingizqızı məlumat verib. O, qeyd edib ki, “Jest dilində məlumatlandırma” layihəsi çərçivəsində, eşitmə məhdudiyyəti olan şəxslər üçün bir çox məlumatlandırma video roliklərini Jest dilinə tərcümə edilərək sosial mediada işıqlandırmışıq.

Bu məlumatlar Pandemiya dövrünə, uşaqlara internetdən düzgün istifadə, muzeylərə virtual səyahətə aid olmaqla yanaşı həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının #Evdəqalaqbilgialaq, #evdəqalcəmiyyətiqoru şüarlarına dəstək olaraq eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb.

Bu dəfəki rolik isə eşitmə məhdudiyyəti olan şəxslərə, alış veriş edərkən ƏDV – nin necə geri qaytarılmasına köməklik məqsədilə hazırlanıb. Bu video da bu günün tələbinə uyğun bir rolikdir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Bunu da oxu

Vitse-spiker Ramil Səfərov haqda yazdı

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət k…