Sosialxəbər.az xəbər verir ki, “İstedadlı Əlillər” İctimai Birliyi 3-7 oktyabr tarixdə Gürcüstanda keçiriləcək IVERIA – DIAMOND – 2019 beynəlxalq festifalında iştrak edəcək.

Festival Gürcüstanda fəaliyyət göstərən NNLE Social Enterprise xüsusi jurnalın dəstəyi və digər peşəkar jurnalistlərin himayəsi ilə həyata keçirilir.

Təşkilatımızı bu festivala NNLE Social Enterprise xüsusi jurnalının redaktoru cənab Nuqzar Çiabişvili dəvət etmişdir.
IVERIA – DİAMOND Gürcüstanın Tbilisi şəhərində keçirilən əlillər üçün ilk beynəlxalq mahnı, rəqs və incəsənət festivalıdır. Birliyimiz tərəfindən aşağıda qeyd edilən iştirakçılar Azərbaycanı təmsil edəcəklər:

1. Rəsul Zəkiyev və Diana Şahbazova, 2. Bəhlul Əliyev, 3. Aysel Əlizadə, 4. İlqar Əhmədov, 5. Mehraj Dünyamalıyev 6.Amid Həsənquluyevdir.

İştrakçıların və nümayəndə heyətinin yol xərclərinin ödənilməsində Birliyimizə dəstək olan Abşeron rayon İcra Hakimiyətinə və Körpü –Biba –Tikinti Şirkətinə təşəkkürümüzü bildiririk.