Əsas Səhifə Cəmiyyət QHT sədri Ziba Nəbiyeva Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevlə görüşüb

QHT sədri Ziba Nəbiyeva Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevlə görüşüb

6 dəqiqə oxundu
0
0
70

Aprelin 25-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nın sədri Ziba Nəbiyeva Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Rəfail Mehdiyevlə görüşüb. Görüşün məqsədi və təfsilatı haqqında Sosialxəbər.az – təşkilatın sədri Ziba Nəbiyeva məlumat verib:

O, qeyd edib ki, “2019-cu il 1 may tarixindən “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı yeni layihəyə start verir. 4 aylıq layihə çərçivəsində görüləcək işlər sırasında ümumi rejimli cəzaçəkmə müəssisələrində və yeniyetmələr üçün tərbiyə müəssisəsində maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Bildiyiniz kimi, cəzaçəkmə müəssisələri qapalı müəssisə olduğuna görə tədbirlərin keçirilməsi üçün müvafiq qurumlardan icazə alınmalıdır. Bununla bağlı təşkilatımız tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Tibb Baş İdarəsinə məktublar göndərilmişdir.

Aprelin 22-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təqdim olunmuş məktuba cavab olaraq artıq 25 aprel tarixinə təşkilat sədri olaraq mənimlə görüş təyin edildi. Görüş Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev və rəis müavini İftixar Qurbanovun iştirakı ilə keçdi. Təşkilatımızın layihə çərçivəsində nəzərdə tutulmuş fəaliyyətləri, həmçinin gələcəkdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə edildi. Tibb Baş İdarəsinin cəzaçəkmə müəssisələrində yoluxucu xəstəliklərlə mübarizə sahəsində həyata keçirdikləri tədbirlər haqqında məlumatlanmaq təcrübə mübadiləsi və gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından çox faydalı oldu. Sonda, Tibb Baş İdarəsinin rəhbərliyi təşkilatımızın viruslu hepatitlər mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi təşəbbüsünə dəstək olacaqlarını bildirdilər.

Təşkilatımızın üzvləri və şəxsən öz adımdan Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Rəfail Mehdiyevə dərin təşəkkürümü bildirirəm.
Həmçinin, diqqətinizə çatdırmaq istəyirəm ki, Aprelin 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən təşkilatımızla əlaqə saxlanılıb və növbəti həftə qurumun nümayəndəsi ilə görüş planlaşdırılır. Görüş barədə ictimaiyyət məlumatlandırılacaq.”

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Gəncədə yanacaqdoldurma məntəqəsi partladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri,…