Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə ”Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi“ ictimai birliyi ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsi çərçivəsində İsmayıllı rayonunun tarixi yerlərinə səyahətdən sonra Şamaxı rayonuna tur təşkil edəcək.

Bu barədə Sosialxəbər.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Həssas qruplar Şamaxıda Pirqulu və Dəmirçilər kəndində olacaqlar. Həssas qruplara səyahətdə iki dəfə çay süfrəsi veriləcək və bir dəfə isti yeməklə təmin olunacaqlar. Layihə QHT və KİV nümayəndələrinin iştrakı ilə həyata keçiriləcək. ”Əhalinin həssas qruplarının Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili” layihəsinin rəhbəri Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızıdır.