Əsas Səhifə QHT - lər QHT Şurası “Muğam Mərkəzi”ndə Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib

QHT Şurası “Muğam Mərkəzi”ndə Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib

6 dəqiqə oxundu
0
0
10

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Muğam Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbir keçirib. 

Tədbirdə Şuranın maliyyə yardımı ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı “Ölüm hökmü-ömürlük cəza” sənədli filmi ictimaiyyətə təqdim edilib.

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, Ulu Öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.

“Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb. M.Əsgərov filmdə ölüm hökmü alanların və bu hökmü yerinə yetirənin həyəcanlı müsahibələrinə geniş yer verildiyini qeyd edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib. Səbinə Əliyeva bildirib ki, 1998-ci il fevralın 10-da müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin ölkəmizdə ölüm hökmünü ləğv etməsi insan hüquqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ombudsman insan hüquqlarının qorunmasının bu gün də dövlətimiz üçün prioritet olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisinin deputatı Azay Quliyev çıxışında müasir Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətdən bəhs edib. Azay Quliyev Heydər Əliyevin mükəmməl dövlətçilik konsepsiyası sayəsində ölkəmizdə hüquqi dövlətin qurulduğunu, vətəndaş cəmiyyətinin bərqərar olduğunu, söz, mətbuat, vicdan azadlıqlarının təmin olunduğunu vurğulayıb. Şura sədri Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasını beynəlxalq platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Bunu da oxu

“Niyədə Yox” verlişinin ilk qonağı ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova oldu

Bu gün radiofm.az yeni verlişinin izləyicilərə təqdim etdi. Sosialxəbər.az xəbər verir ki,…