Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təskilatlarına Dövlət Dəstək Şurasının maddi dəstəyi ilə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi görmə, eşitmə və nitq məhdudiyyətli şəxslər arasında Aprel şəhidlərinin təbliğinə həsr olunmuş tədbir keçirilib.

Sosialxəbər.az-ın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı 3 nömrəli Respublika internat məktəbinin direktoru Bahar Kərimova açıb.

B.Kərimova tədbirin məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında oynayacağı roldan və bunun əhəmiyyətindən bəhs edib.

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İçtimai Birliyinin sədri Rövşən Ağamalıyev tədbirdə çıxış edərək qeyd edib ki, təqdim olunan “Aprel Şəhidlərini tanıdaq” adlı videoçarx Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təskilatlarına Dövlət Dəstək Şurasının maddi dəstəyi ilə “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyi layihəsi əsasında SƏS TV tərəfindən çəkilib: “Bildiyimiz kimi, 2016-cı il aprel ayınının birindən dördünə qədər Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərimizi, qoşunların təmas xəttindəki yaşayış məntəqələrimizi amansızcasına atəşə tutmuşdular. Baş komandan cənab Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusu əks hücuma keçərək işğalçı ordunu geri oturtmaqla bərabər xeyli ərazilərimizi azad etmişdir. Nəticədə 320 erməni silahlısı məhv edilmiş, 2000 hektar ərazi düşməndən təmizlənmişdir. Bunlar Tərtər rayonunun Selsulan, Qazaxlı kəndləri, Talış kəndi ətrafındakı strateji yüksəkliklər, Cəbrayıl rayonunu LələTəpə strateji yüksəkliyi və Cocuqmərcanlı kəndidir. Əfsuslar olsun ki, biz bu döyüşlərdə onlarla mülki vətəndaşımızı itirmişik. Bildiyimiz kimi, Prezident İlham Əliyev Aprel döyüşləri ilə bağlı fikirlərini bildirərkən qeyd etmişdir ki, bu bizim tarixi qələbəmizdir və dərsliklərə salınmalıdır. Biz də ictimai təşkilat olaraq təhsil, səhiyyə və digər sektorlarda fəaliyyət göstərən, təhsil alan məktəbli, tələbə və digər təbəqəyə mənsub insanlar arasında maarifləndirmə və təbliğat işləri aparırıq. Məqsədimiz bizim qəhrəmanları, Vətənimizin azadlığı yolunda canını fəda etmiş əsgər və zabitlərimizi tanıtmaq, onların şanlı həyat yolu, şücayəti barədə məktəblilərə, ümumiyyətlə hər kəsə məlumat vermək, onları maarifləndirməkdir”.

“Beynəlmiləl Əlil Döyüşçülər Fondu”nun prezidenti Sərraf Oruc çıxış edərkən bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, aztəminatlı ailələr hər zaman bizim dövlətimizin və cəmiyyətimizin diqqət mərkəzində olublar və olacaqlar. Təşəkkür edirəm ki, görmə, nitq və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün şərait yaradıb ki, Aprel şəhidlərinə həsr olunmuş bu vieoçarx onlara nümaiş olunsun. Biz Aprel döyüşlərində qəhrəmanlığı öz əməlləri ilə əks etirən bütün qəhrəmanlar qarşısında baş əyirik. Məhəmməd Peyğəmbərimizin kəlamını xatırlatmaq istərdim: “Şəhidlik insanların ucaldığı ən ali zirvədir””.

Həmçinin tədbirdə çıxış edən “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov bildirib ki, filmin bugünkü təqdimatıdan sonra uşaqların gözündə hər şey canlanacaq və Vətənə xidmətin nə demək olduğunu bir daha anlayacaqlar. Bildiyimiz kimi, ölkə Prezidentinin bu təbəqədən olan həssas insanlar üçün fərmanı var. Onlar özlərini cəmiyyətin bir parçası olduğunu hiss edir və etməlidir. Vurğulamaq istərdim ki, gələcəkdə bu lahiyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərkibində yaradılmış bu tipli uşaqlar üçün bağçalar, reablitasiya mərkəzlərində də diqqət mərkəzində olsun. Yeri gəlmişkən qeyd edim ki, bunların sayı ölkə üzrə 26 idisə, hazırda 58-i ötüb. Biz istəyirik ki, bu uşaqlar məktəbdən kənarda cəmiyyətdə olub, cəmiyyətə faydalı olsunlar”.

Sonda “Aprel Şəhidləri”nə həsr olunmuş videoçarx tədbir iştirakçılarına təqdim olunub.

Tədbirinin sonunda xatirə şəkli çəkilib.