Əsas Səhifə QHT - lər QHT tərəfindən aztəminatlı ailələrə yardım olunacaq

QHT tərəfindən aztəminatlı ailələrə yardım olunacaq

2 dəqiqə oxundu
0
0
50

Sosialxəbər.az bildirir ki, “Dünyəviliyin və Maarifpərvərliyin” Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən”Pandemiya dövründə aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsi” layihəsinin icrasına başlanılıb. Azərbayan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən layihənin keçirilməsində məqsəd pandemiya dövründə aztəminatlı ailələrə yardım etməkdir.

Bu məqsədlə, yerli icra hakimiyyəti orqanları və aidiyyəti qurumların yardımı ilə hazırlanmış siyahı üzrə ailələrə ərzaq bağlamaları veriləcək. Bağlamalara gündəlik zəruri tələbat məhsulları daxildir. Yardım edilən ailələrə aztəminatlı, xüsusi qayğıya ehtiaycı olan, tənha, ahıl şəxslər daxildir.

Koronavirus pandemiyasının dünya ölkələrini böhran və sosial-iqtisadi itkilərlə üz-üzə qoyduğu son dövrlər dövlətlər üçün ciddi bir sınağa çevrilib. Azərbaycanda dövlət tərəfindən əhalinin həssas kateqoriyasından olan şəxslərə yardım edilir. Eyni zamanda, müxtəlif idarə, təşkilat və müəssisələr tərəfindən də dəstək tədbirləri həyata keçirilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…