Əsas Səhifə Cəmiyyət Qubaya gələn 7 nəfər cərimələndi

Qubaya gələn 7 nəfər cərimələndi

2 dəqiqə oxundu
0
0
257

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tətbiq olunduğu Bakı və Sumqayıt şəhərlərindən, eləcə də digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Quba rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində, eləcə də rayon ərazisində yerləşən istirahət mərkəzlərində keçirilən reydlər nəticəsində xüsusi karantin qaydalarını pozan 7 nəfər şəxs aşkarlanıb.

Qaydaları pozan Bakı şəhər sakinləri Əlibəy İbrahimov, Kamran Novruzov və Fuad Səfərzadə, Sumqayıt şəhər sakinləri Nəcəf Nəcəfzadə, Sərkar Bayramov və Mayıl Hüseynov, Şamaxı rayon sakini Qiyas Qiyasov barəsində şöbə əməkdaşları tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub, həmin şəxslər inzibati qaydada cərimələniblər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start veri…