Ramazan ayında məscid və ibadətxanalar ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Nyu York meri Endryu Komo jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq bununla bağlı polisə müraciət ünvanlanıb:

Ölkə daxilində və xaricində ibadətxanalarda zorakı olayların artması səbəbindən ştat polisini təhlükəsizliyi gücləndirməyə çağırıram. Nyuyorkluların təhlükəsizliyini və dini ifadə haqqını qorumaq üçün lazımi tədbirləri görəcəyik”.