Əsas Səhifə Mədəniyyət Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı

Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı

2 dəqiqə oxundu
0
0
24

“Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Sosialxəbər.az xəbər verir ki,bu fikirləri yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil:

“Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də…

Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il “Şərəf” ordeni ilə təltif edilmişəm.

O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının Nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur.

Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Mədəniyyət

Bir cavab yazın

Bunu da oxu

“BUTA” aztəminatlı ailələlərə bayram sovqatı apardı

Günay Ağamalı növbəti dəfə xeyirxah addımla gündəmə gəlib. Sosialxəbər.az xəbər verir ki, …