Əsas Səhifə Cəmiyyət “Report” bağlandı – Qərəzli məlumatlara görə

“Report” bağlandı – Qərəzli məlumatlara görə

2 dəqiqə oxundu
0
0
35

 

İtaliyanın “Rai 3” telekanalının “Report” verilişi bağlanıb. Verilişin aparıcısı Milena Gabanelli Azərbaycan əleyhinə qərəzli, kəskin və haqsız tənqidi mövqe tutduğu üçün onun müəllifi olduğu verilişin bağlanmasına qərar verilib.

“Report” dünən sonuncu dəfə “Rai 3”-də efirə çıxıb və M. Gabanelli tamaşaçılarla vidalaşıb.

Məlumatda bildirilir ki, “Report” verilişinin İtaliyanın digər aparıcı kanallarında yerləşdirilməsindən də imtina olunub. Bu səbəbdən M. Gabanellinin 10-15-ci dərəcəli kanallara üz tutduğu qeyd olunur.

O da məlum olub ki, Azərbaycan əleyinə fəaliyyətlə məşğul olan “Report” verilişi internet şəbəkələrində əsasən erməni lobbisinin üzvləri tərəfindən paylaşılıb və bəyənilib. Verilişdə ekspert qismində iştirak edənlərin də əksəriyyəti ermənilər olub.

Bundan başqa, kanala və verilişə qarşı 300 milyon avroluq məhkəmə iddialarının olduğu də üzə çıxıb. Verilişdə ayrı-ayrı şəxslər bərəsində qərəzli və böhtan xarakterli məlumatlar yaydığına görə, “Report” verilişi və “Rai 3” telekanalı müxtəlif vaxtlarda məhkəməyə verilib, külli miqdarda təzminat iddiası qaldırılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…