Azərbaycanın üzgüçülük idman növü üzrə paralimpiya milli komandasının üzvü Roman Saleh Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilən dünya seriyasında ikinci medalını qazanıb.

Bu barədə Sosialxəbər.az-a Paralimpiya Komitəsindən bildirilib. Roman Saleh yarışın son günündə “Butterfly” növündə 100 metr məsafədə 58.63 saniyəlik nəticə göstərərək bürünc medala sahib olub.

Xatırladaq ki, idmançımız yarışın ilk günlərində üzgüçülüyün arxası üstə növündə 100 metr məsafədə 1:00:61 nəticə ilə qızıl medal qazanmışdı.