Əsas Səhifə Dünya Rus ekspert: Türkiyənin imtina edəcəyini kim uydurub?

Rus ekspert: Türkiyənin imtina edəcəyini kim uydurub?

1 dəqiqə oxundu
0
0
252

Amerikalı senator Con Tyunun Türkiyədən S-400-ləri almaqla bağlı təklifi reallıqdan uzaqdır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, Türkiyənin hava məkanının təhlükəsizliyi ticari mənfəətindən üstündür:

“Bundan əlavə, amerikalılar türklərin S-400-dən imtina etməyə hazır olduğunu hardan uydurdular? S-400 alışı Türkiyə üçün alış-veriş məsələsi deyil, yaxşı düşünülmüş addımdır. Ölkəsi üçün ən uzaq mənzilli müdafiə sistemi axtaran Ərdoğan rus sistemini seçdi və aldı”.

Korotçenko əlavə edib ki, hətta Türkiyənin S-400-dən imtina etməsini fərz etsək belə, yenə də “Patriot” almayacaq:

“ABŞ-ın Türkiyəyə qarşı öz oyununu oynamaq cəhdləri uğursuzluğa məhkumdur”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Şuranın dəstəyi ilə şəhid ailələrinə yardımlar göstəriləcək

Azərbaycan Respublikasinin Prezidenti Yaninda Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyi …