Əsas Səhifə Dünya Rusiya güclü prezident respublikası olaraq qalmalıdır

Rusiya güclü prezident respublikası olaraq qalmalıdır

1 dəqiqə oxundu
0
0
66

Rusiya güclü prezident respublikası olaraq qalmalıdır və prezidentə məsləhət verəcək hər hansı institutun yaradılması bu üsuli-idarəyə xələl gətirə bilər.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Sirius” təhsil mərkəzində sualları cavablandırarkən deyib.

“Düşünürəm ki, Rusiya kimi ölkədə bu, qəbuledilməzdir. Əgər bizdə prezident yanında belə bir institut yaradılsa, bu, ikihakimiyyətlilik anlamına gələcək. Belə hal Rusiya kimi ölkə üçün fəlakətli ola bilər”, – deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, Putin bundan öncə də Rusiyanın parlamentli idarəetməyə keçməsinin məqsədəuyğun olmadığını bildirmişdi.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham ƏIiyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidə…