Əsas Səhifə Dünya Rusiya: İsrailin bu qərarını alqışlayırıq!

Rusiya: İsrailin bu qərarını alqışlayırıq!

1 dəqiqə oxundu
0
0
547

Rusiya İsrailin Fələstin ərazilərinin ilhaqından imtina etməsi qərarını alqışlayır. Bu, sözsüz ki, situasiyanın normallaşmasına xidmət edəcək.

Sosialxəbər.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Vladimir Cabarov deyib.

“Rusiya əlbəttə ki, bu qərarı alqışlayır. Hətta anneksiya ləğv edilməyib, sadəcə müvəqqəti dayandırılsa belə, sözsüz ki, mövcud vəziyyətin normallaşmasına yardımçı olacaq”, – deyə Cabarov bildirib.

Rusiya rəsmisi həmçinin İsrail-BƏƏ razılaşmasını da alqışladığını əlavə edib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ilhaq planının Trampın xahişi ilə təxirə salındığını açıqlayıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Cəlilabad rayonunda yol qəzası baş verib

Cəlilabad rayonunda yol qəzası baş verib. Sosialxəbər.az Report-a istinadən xəbər verir ki…