Rusiya ABŞ-la NATO-nun Gürcüstanda, o cümlədən bütün regionda Moskva-Tiflis əlaqələrinə təsir göstərən fəaliyyətini diqqətlə izləyir.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası parlamentinin yuxarı palatasının üzvü, Gürcüstan ilə danışıqlar üzrə xüsusi nümayəndə Qriqori Karasin deyib.

“Biz Gürcüstan siyasətində birbaşa əlaqələrimizə təsir etməyən, lakin müəyyən təsirlərə malik hərəkətlənmə görürük. Xüsusilə, NATO və ABŞ-ın regionda aktivliyini müşahidə edirik. Bu yaxında Gürcüstan NATO ilə müqaviləni yenilədi. Biz Gürcüstanın qonşusu olaraq Tiflislə NATO arasında əldə edilən anlaşmanın detallarını öyrənməkdə maraqlıyıq”, – deyə Karasin bildirib.