Əsas Səhifə Sağlamlıq Rusiya ordusunda korona sürətlə yayılır

Rusiya ordusunda korona sürətlə yayılır

2 dəqiqə oxundu
0
0
126

Rusiya hərbçiləri arasında 1254, hərbi təhsil müəssisələrindəki hərbi qulluqçular arasında isə 1228 nəfər koronaviruslu xəstə aşkarlanıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, statistika mart ayından 3 may tarixinə qədər aparılan testlərdən sonra hazırlanıb.

Hazırda Rusiya Müdafiə Nazirliyinin hospitallarında 344 nəfər, xidməti məntəqələrdə 375 nəfər, mülki səhiyyə sisteminin müalicə mərkəzlərində 13 nəfər, evdə isə 522 nəfər müalicə almaqdadır.

Sağalanların sayı isə 157 nəfər təşkil edir.

Qeyd edək ki, bundan öncə Rusiya Silahlı Qüvvələrində 1068 əsgərdə koronavirus aşkarlanmışdı. Orduda və hərbi təhsil müəssisələrində çalışan mülki şəxslər də daxil olmaqla isə ümumilikdə 2770 koronavirus xəstəsinin olduğu bildirilmişdi.

Daha çox oxşar yazı
  • Bakı nefti bahalaşdı

    Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…
  • “Azərişıq” əməkdaşları güllələndi

    Masallı rayonunda Azərişıq ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət …
  • Xətai rayonunda su olmayacaq

    Xətai rayonunun bir hissəsində su olmayacaq. Sosialxəbər.az bildirir ki, Bu barədə Oxu.Az-…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Sağlamlıq

Bir cavab yazın

Bunu da oxu

Bakı nefti bahalaşdı

Dünya birjalarında neftin qiyməti ötən günlə müqayisədə ucuzlaşıb. Sosialxəbər.az xəbər ve…