Əsas Səhifə Dünya Rusiya təşvişdə

Rusiya təşvişdə

2 dəqiqə oxundu
0
0
2

Vaşinqton Rusiyaya əsas təzyiqi Ukrayna və Suriya istiqamətində göstərməyi planlaşdırır.

Sosialxəbər.az xəbər verir ki, bunu “Zvezda” televiziyasına açıqlamasında Rusiya Müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib. Onun sözlərinə görə, ABŞ Ukraynaya silah tədarükünü, eləcə də Suriyadakı müxalif qruplara aktiv dəstəyini davam etdirəcək.

O, ABŞ-ın Dnestryanıdan Rusiya hərbçilərini çıxarmağa cəhd edəcəyini, amma hələlik bu istiqamətin Vaşinqton üçün prioritet olmadığını bildirib.

Müşavirin sözlərinə görə, ABŞ Qara dənizdən Baltikyanıya qədərki ərazidə destabilizasiya zonasını saxlamağı davam etdirəcək. O, burada Belarusun əsas rollardan birini oynayacağını söyləyib:

“Onlar üçün prioritet və debüt sxem Ukraynadır. Onlar aktiv şəkildə Qafqaza baxmağa başlayır. Üstəlik, onlar Belarusu da fokuslarında saxlayırlar. Vaşinqton Azərbaycan və Ermənistan arasındakı münasibətlərə daha böyük diqqət ayırmağa başlayır. Nəticədə onlar arasındakı ziddiyyətlər üzərində ABŞ oyun oynamağa başlaya bilər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Bunu da oxu

“SƏLİS Könüllülər” Birliyi təsis olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” e…