Əsas Səhifə Dünya Rusiya tarixi yenidən yazmağa çalışmaqda günahlandırılıb

Rusiya tarixi yenidən yazmağa çalışmaqda günahlandırılıb

3 dəqiqə oxundu
0
0
93

Rusiya tarixi yenidən yazmağa çalışmaqda günahlandırılıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Urmas Reynsalu “Twitter” hesabında ABŞ, Litva, Latviya və Estoniyanın xarici işlər idarələri rəhbərlərinin birgə bəyanatını paylaşıb.

O qeyd edib ki, Tallin və Vaşinqton arasında mükəmməl münasibətlər mövcuddur, eyni zamanda Moskva bəzi tarixi hadisələri “təhrif etmək üçün sistematik cəhdlərini” davam etdirir. Söhbət sovet qoşunlarının Baltikyanı ölkələrə daxil olması və Estoniya, Latviya və Litvanın SSRİ-yə birləşdirilməsindən gedir.

“Rusiyanın 1940-cı ildə Sovet İttifaqı tərəfindən Baltikyanı ölkələrin işğalı və ilhaqına haqq qazandırmaq məqsədilə tarixin yenidən yazılması ilə bağlı bütün cəhdlərinə qarşıyıq”, – deyə, Urmas Reynsalu və həmkarları Edqars Rinkeviç (Latviya Xarici İşlər naziri), Linas Linkeviçius (Litva Xarici İşlər naziri) və Maykl Pompeonun (ABŞ Dövlət katibi) birgə bəyanatında deyilir.

Bundan əlavə, diplomatlar NATO ilə münasibətləri müzakirə ediblər. Baltikyanı ölkələrin nümayəndələri “ABŞ-ın potensial düşmənin qarşısını almaq üçün vacib olan, Avropanın müdafiəsinə verdiyi töhfəni” yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Hələ sovet dönəmində Avropa 1939-1940-cı illərdə Baltikyanı ölkələrə münasibətdə SSRİ-nin hərəkətlərini pisləyib və onları işğal kimi xarakterizə edib. Rəsmi Brüssel və Litva, Latviya və Estoniyanın hazırkı hakimiyyəti bu nöqteyi-nəzəri dəstəkləməkdə davam edir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
  • Dünyanı sarsıdan araşdırma

    ABŞ-da bir qrup elm adamı virusa yoluxmada artım olduğunu, ancaq ölüm nisbətində bir dəyiş…
  • Saakaşvili Gürcüstana qayıtmayacaq

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili vədlərinə rəğmən vətənə qayıtmayacaq. Sosialx…
  • Ruhani: ABŞ bunu bacarmadı

    ABŞ BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiya tətbiqini bərpa edə bilmədi. Sosialxə…
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…