Əsas Səhifə Hadisə Rusiyanın Rostov vilayətində silahlı insident baş verib

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib

2 dəqiqə oxundu
0
0
2

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib.

Sosialxəbər.az xəbər verir ki, Çernozubovka xutorunda fermalardan birində baş verən atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumata görə, Batsiyevlər (çeçenlər) və Dakişvili (gürcülər) ailələri arasında münaqişə bir neçə il davam edib. Sonuncu epizod mal-qara üçün nəzərdə tutulmuş otlaq sahəsi ətrafında olub.

Haqq-hesabı çürütmək üçün təyin olunan görüşə ailə üzvlərindən 9-15 nəfər adam gəlib. Razılaşa bilməyən tərəflər silaha əl atıblar.

Açılan atəş 5 nəfərin ölümünə səbəb olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Qalanları isə hadisə yerindən naməlum istiqamətdə qaçıb.

Polis münaqişə iştirakçılarından bəzilərinin fotoşəkillərini dərc edib. Onların axtarışları davam edir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Bunu da oxu

Dəhşətli virusa yoluxanların sayı minə yaxınlaşır

Çində aşkarlanan koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların s…