Əsas Səhifə Dünya Rusiyaya haker hücumları gözlənilir

Rusiyaya haker hücumları gözlənilir

7 dəqiqə oxundu
0
0
34

Osman Gündüz: “Ölkəmizdə zamanında belə hadisələr olub və indi də baş verməsi mümkündür”

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) təcili xəbərdarlıqla çıxış edib. Belə ki, FTX xarici xüsusi xidmət orqanları tərəfindən Rusiyanın maliyyə sisteminə qarşı irimiqyaslı haker hücumları planlaşdırıldığını açıqlayıb.

“Rusiya Federal Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən Rusiyanın maliyyə sisteminin, o cümlədən bir sıra böyük bankların fəaliyyətini pozmağa yönəlmiş irimiqyaslı haker hücumları hazırlandığı barədə informasiya əldə edib. Hücumlar 5 dekabr 2016-cı ildən başlaya bilər”, – deyə açıqlamada bildirilir.

Bəyanatda deyilir ki, bu cür hücumlar üçün serverlər və komanda mərkəzləri Hollandiya ərazisindədir və Ukraynanın “BlazingFast” hostinq şirkətinə məxsusdur. Hücumların onlarla Rusiya şəhərinə qarşı həyata keçirilməsi planlaşdırılıb. FTX isə Rusiyanın iqtisadi və informasiya təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görüldüyünü bəyan edib.

Ölkəmizdə maliyyə sektorları internetə və onlayn mühitə inteqrasiya etdiyindən Azərbaycanın müstəqil iqtisadi siyasət aparmasını qəbul etməyənlər bu halı bizdə yaşada bilərlərmi? ediblər. Belə ki, bank və maliyyə sektorları müəyyən dərəcədə internet üzərindən xidmətlər göstərdiyindən, görəsən, belə haker hücumlar ölkəmizin maliyyə sistemi üçün də təhlükələr yarada bilərmi?

Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz hücumların Azərbaycan üçün təhlükələr yarada biləcəyini düşünür:

“Belə hücumlar cəmiyyət və iqtisadiyyatın bütün tərəflərində təhlükələr yaradır. Real dünyada bu təhlükə olduğu kimi virtualda da mövcuddur. Azərbaycanda banklar işlərini daha çox korporativ şəbəkələrdə qursalar da, internet üzrə də fəaliyyət göstərirlər. Düşünürəm ki, əgər Rusiyada belə bir siqnal mesajı verilibsə, bu, Azərbaycan üçün də müəyyən problemlər yarada bilər. Ölkəmizdə zamanında belə hadisələr olub və indi də baş verməsi mümkündür. Məsələ ilə bağlı müəyyən aidiyyəti qurumlar var. Xüsusi Dövlət Mühafizə Xidməti yanında Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi, Rabitə Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kimi qurumlar gərək bu prosesləri diqqətlə izləsinlər və daha güclü iş rejimində çalışsınlar”.

Mərkəz direktorunun sözlərinə görə, əvvəllər belə hücumlar fərdi və həvəskar səviyyədə olsa da, artıq bu, dövlətlərin marağında olan məsələdir:

“Ümumiyyətlə, indi belə hücumları böyük dövlətlər və maliyyə qurumları dəstəkləyir. Yəni, hazırda dövlətlərin biri-birinə real yox, haker müstəvisində hücumudur. Bu hücumlar təhlükəli və ağır fəsadlar törədir. Düşünürəm ki, ölkəmizdə aidiyyəti qurumlar belə halların qarşısını almaq üçün profilaktik tədbirlər görməli və bu prosesi ciddi izləməlidirlər”.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…