Əsas Səhifə Cəmiyyət Rusiyaya məxsus Suriyaya uçan hərbi təyyarə qəzaya düşüb

Rusiyaya məxsus Suriyaya uçan hərbi təyyarə qəzaya düşüb

3 dəqiqə oxundu
0
0
26

 

Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən Tu-154 təyyarəsinin qırıntıları tapılıb. Bu haqda Tass-a Rusiya FHN-nin Cənub regional mərkəzinin mətbuat xidməti məlumat verib.

Sahildən 1.5 km aralıda təyyarəyə məxsus fraqmentlər tapılıb. Böyük ehtimalla bu şassinin qırıntılarıdır. Bu hissələr dənizin 50-70 m dərinliyindədir. Həmçinin, dənizdən sərnişinlərə məxsus əşyalar da aşkar edilib.

Təyyarənin axtarışları üçün 7 gəmi və Mi-8 vertolyotu cəlb olunub.

Qeyd edək ki, Latakiyaya uçan təyyarədə 91 nəfər olub. Onlar arasında hərbi qulluqçularla yanaşı, onların arasında Rusiyanın Xmeymim hərbi bazasına konsert üçün uçan Aleksandrov qrupunun musiqiçiləri və jurnalistlər də var.

***
Bu gün səhər Rusiyanın Müdafiə nazirliyinə məxsus Tu-154 təyyarəsi Soçidən Suriyaya uçarkən radarlardan itib.

AzNews.az İnterfaks-a istinadən xəbər verir ki, Soçidə aviadispetçerlər uçuşdan bir neçə dəqiqə sonra Tu-154 təyyarəsi ilə əlaqəni itiriblər. Təyyarədə 91 nəfərin olduğu bildirilir.

Təyyarə Qara dənizin Rusiya akvatoriyasının üstündə manevri yerinə yetirərkən itib. Təyyarə hərbi qulluqçuları Latakiya bölgəsinə çatdırmalı imiş. Təyyarə aeroportdan təxminən 5-7 kilometr uzaqlıqda radarlardan itib.

Hadisə barədə artıq Rusiya prezidenti Bladimir Putinə məlumat verilib.

Hərbi qulluqçuların, jurnalistlərin, həmçinin Yeni il bayramı münasibətilə Suriyaya konsert üçün uçan ifaçıların olduğu təyyarənin Qara dənizə düşdüyü ehtimal edilir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…