Əsas Səhifə Başliqlar Səbinə Əliyeva fəaliyyətini dondurub?

Səbinə Əliyeva fəaliyyətini dondurub?

2 dəqiqə oxundu
0
0
139

Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Ombudsman Aparatından bildirilib.

Məlumatda qeyd olunur ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir.

Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir.

Qeyd edək ki, Report avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyətini dondurduğu barədə məlumat yayıb.

 

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Başliqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…