Əsas Səhifə Siyasət Səfirin qatiliylə bağlı maraqlı faktlar – FETÖ-çunun evində yaşayıb…

Səfirin qatiliylə bağlı maraqlı faktlar – FETÖ-çunun evində yaşayıb…

2 dəqiqə oxundu
0
0
33

 

Ötən gün Ankarada Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlova qarşı sui-qəsd təşkil edən Mevlüt Mert Altıntaşla bağlı maraqlı detallar məlum olub.

Türkiyə KİV-ləri xəbər verir ki, 1994-cü il iyunun 24-də anadan olan cinayətkar Altıntaş Cümhuriyet Anadolu Litseyinin məzunudur. Polis məktəbini bitirən Mevlüt 2 il yarım Ankara Çevik Polis Birliyində çalışıb.

Altıntaşın hücumun həyata keçirildiyi Müasir Sənətlər Mərkəzinə bitişik oteldə qaldığı, sui-qəsd planını burada hazırladığı düşünülür.

Qatilin polis vəsiqəsini göstərərək içəri daxil olduğu, bir müddət səfirin arxasında gözləyərək qəfildən səfirinin kürəyinə atəş açdığı məlum olub.

Rusiya səfirinə qarşı sui-qəsd təşkil edən qatilin bundan əvvəl “Todays Zaman”ın Ankara nümayəndəsi olan qaçaq FETÖ-çu Abdullah Bozkurtun evində qaldığı müəyyən olunub.

Bundan əlavə, cinayətkarın 15 iyul hərbi çevriliş cəhdindən xəbərdar olduğu da düşünülür. İddialara görə, Mevlüt 15 iyulda Diyarbəkirda çalışdığı işindən 2 günlük icazə alıb.

Qatilin anası, atası, bacısı və birlikdə yaşadığı dostu saxlanılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…