Əsas Səhifə Cəmiyyət Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş

Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş

2 dəqiqə oxundu
0
0
48

Yaşayış yerlərində gecə işıqları şəhər quşlarının yuxu rejimini pozur və onların normal davranışına təsir göstərir.

Sosialxəbər.az bildirir ki, “Esquire”in məlumatına görə, bu barədə dunyada ilk dəfə quşların işıq çirkliliyinə nevroloji reaksiyalarını tədqiq edən Melburn Universitetinin alimləri xəbərdarlıq ediblər.

Onların sözlərinə görə, süni işıq göyərçin və sağsağanlarda yuxunun müddətinə təsir göstərir.

Alimlər quşların beyin aktivliyini yoxlamaq üçün onlara ötürücü qoyublar. Məlum olub ki, şəhərdə yaşayan quşlar adətən lazım olduğundan az yatırlar. Belə ki, təcrübə zamanı göyərçinlərin standart on saat əvəzinə yalnız altı saat yatdığı məlum olub.

Mütəxəssislər bildiriblər ki, quşlarda yuxusuzluq gündüz yuxusuna səbəb ola bilər ki, bu da qidalanma, yırtıcıların öhdəsindən gəlmək və cüt axtarmaq qabiliyyətinə təsir göstərir.

Məlumdur ki, işıq çirkliliyi insanların, həşəratların və bitkilərin sağlamlığına mənfi təsir göstərə bilər. İşıq sisi adlanan bu fenomen astronomik müşahidələrə mane olur və canlıların bioritmlərini təhrif edir.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

Qubada qida təhlükəsizliyi sahəsində norma və standartlar təbliğ ediləcək

Ailələrə Sosial Dəstək İctimai Birliyi “Cəmiyyətdə qida zəhərlənmələrinin qarşısının alınm…