Park, xiyaban və bağçaların ərazilərinin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual ekoloji problemlərindən biri hesab olunur. Belə ki, parklarda təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, yollar, səkilər ətraf mühitin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.

Sosialxəbər.az xəbər verir ki, Göyçay Gənclər Mərkəzinin “Şəhərimizi təmiz saxlayaq” adlı maarifləndirici sosial aksiyasına Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci, Göyçay Peşə liseyinin, rayon İdman və Gənclər idarəsinin qoşulması və yüzlərlə gəncin iştirakı ilə sosial aksiya keçirilib.

Qeyd edək ki, şəhərin Heydər Əliyev prospektində keçirilən aksiyanın məqsədi Heydər parkında bəzi məişət tullantılarının xüsusilə plastik kütlələrdən hazırlanmış qablaşdırıcıların yığışdırılması (plastik qablar, butulka,polietilen,torbalar və s.), ətraf mühitin çox ciddi çirklənməsinin qarşısının alınması olub.