Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiq-laliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
1. Şəhid anlayışı
1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
1.2. Aşağıdakılar şəhid hesab edilirlər:
1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğra-yan təyyarədə həlak olmuş şəxslər;
1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qa-nuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mül¬ki vətəndaşlar;
1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğ-runda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
1.2.7.Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
2. Şəhid ailəsi
2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar;
2.1.1. arvadı (əri);
2.1.2. valideynləri;
2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağ¬lamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
2.1.4. qardaşları və bacıları— uşaq evlərində tərbiyə olunanlar;
2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yox¬dursa;
2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəs¬sisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
3. Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları
3.1. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:
3.1.1. iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar;
3.1.2. Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəs¬sisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldı¬rırlar;
3.1.3. «Şəhid» Memorial kompleksini yaradırlar;
3.1.4. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı dö-yüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abad-laşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər;
3.1.5. Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişan¬ları qoyurlar.
3.1.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər.
3.2. Şəhid ailəsi statusunu almış ailə üzvlərinə qanun-vericiliklə müəyyən edilmiş təminatlar (güzəştlər) aşağı¬dakı qaydada verilir;
3.2.1. şəhidin ailə üzvünə ailə başçısını itirməyə görə pensiya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilir;
3.2.2. (Çıxarılmışdır);
3.2.3. (Çıxarılmışdır);
3.2.4. (Çıxarılmışdır);
3.2.5. (Çıxarılmışdır)
3.2.6. (Çıxarılmışdır);
3.2.7. (Çıxarılmışdır);
3.2.8. onların 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına qanun¬vericiliklə nəzərdə tutulmuş miqdarda sosial müavinət təyin edilir;
3.2.9. şəhidin ailə üzvlərinə işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük verilir, müəs¬sisənin, idarənin, təşkilatın fəaliyyəti dayandırıldıqda isə onlar işlə təmin olunur;
3.2.10. (Çıxarılmışdır);
3.2.11. (Çıxarılmışdır);
3.2.12. (Çıxarılmışdır);
3.2.13. (Çıxarılmışdır);
3.2.14. (Çıxarılmışdır);
3.2.15. Şəhidin ailə üzvlərinin gəlirindən vergi tutulması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə nizama salınır;
3.2.16. mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar;
3.2.17. şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı ola-raq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir;
3.2.18. (Çıxarılmışdır);
Şəhid və şəhid ailəsi statusunun verilməsi
4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsaiti ilə baxılır.
Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olu-nur.
Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazir¬liyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları hərbi komissarlıqlar, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqan-larının verdiyi arayışlarla təsdiq olunur.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlü-kəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir.
4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə əhalinin sosial müdafiə mərkəzləri tərəfindən verilir.
5. Yekun müddəaları
5.1. Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların i¬anələri və digər mənbələr hesabına yaranan yardım fond¬larından ödənilir. Pensiya və müavinətlərə çəkilən xərclər isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına ödənilir.
5.2. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanu-nunun və bu Qaydaların pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəy-yən edilmiş qaydada məsuliyyət daşıyırlar.