Əsas Səhifə QHT - lər “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin BƏYANATI

“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin BƏYANATI

5 dəqiqə oxundu
0
0
212

Sosialxəbər.az xəbər verir ki, “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihə çərçivəsində çəkilmiş olduğu “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli film haqqında Həbib Müntəzirin yazdığı əsassız informasiyaya reaksiya verərək təşkilat və fəaliyyəti haqqında yazılanların tam yanlış və əsassız oldğunu vurğulayıb.

“Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev bildirib ki, 2018-ci il oktyabrın 8-də təqdimatı olmuş “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli film təşkilatın həmin il həyata keçirdiyi layihə çərçivəsində çəkilib. Bu qısa metrajlı sənədli film kinofestifal üçün çəkilməyib, aprel döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş Fəxrəddin Qurbanlıya həsr olunub. Filmdə şəhidin haqqında qohumları, tələbə yoldaşları, valideynləri və bir sıra insanlar onun xatirəsi haqqında danışıblar, bu sənədli qısametrajlı filmdir. Təşkilatın sədri Rövşən Ağamalıyev qeyd edib ki, filmin təqdimatı şəhid Fəxrəddin Qurbanlının təhsil aldığı unverisitetdə və başqa məkanlarda olunub. Filmin çəkilişinə də 7 min manat ayrılmayıb.

Yalanlara artıq yeter deməyin zamanıdır. Bizlər dövlətin əsgərləriyik, gecə-gündüz onun üçün çalışırıq ki, Həbib Müntəzir kimilərinin yalanları belə rahat yayılsın? Sosial mediada bu yalanları yayan trol ordusuna da cavab verməyə qabiliyyətimiz çatır. Sadəcə onların yalanlarına cavab verməyə sərf etdiyimiz zamanı və enerjini dövlətimiz və cəmiyyətimiz üçün faydalı işlərə sərf etmək daha vacibdir. Xaricdə oturaraq yalan yaymaq, böhtan atmaq olduqca asandır.

Çox təəssüf ki, Həbib Müntəzir və eləcə də onun kimilər xaricdə belə bir qəhrəman vətən oğlunun-şəhidimizin olmasını daha da geniş auditoriyaya çatdırmaq, xaricdə təbliğ etmək əvəzinə, yalan və əsassız informasiyaları yaymaqla məşğuldur.
Qarabağ həqiqətlərini və bizim şəhidlərimizi orda təbliğ edin, görülən işlərə də kölgə salmayın.- deyə “Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev bildirib.

 

 

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin QHT - lər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işləri aparır

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri…