Ötən gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan 1978-ci il təvəllüdlü hərbi qulluqçu Salahov Fizuli Süleyman oğlu dəfn olunub.

Şəhid gizir Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran rayon İcra Hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 1978-cil təvəllüdlü Fizuli Salahov Azərbaycan Ordusunda gizir kimi xidmət edib. Şəhid ailəli olub, iki oğlu yadigar qalıb.