Əsas Səhifə Şəhidlər Şəhid Qurbanlı Fəxrəddin Seyfəddin oğlu

Şəhid Qurbanlı Fəxrəddin Seyfəddin oğlu

5 dəqiqə oxundu
0
0
46

1994-cü ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olan Qurbanlı Fəxrəddin Seyfəddin oğlu, Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş ixtisasına qəbul olub. Əlaçı və nümunəvi tələbə kimi yaddaşlarda iz qoymuşdur. “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi, “SOS” Uşaq Kəndləri, UAFA (United Aid For Azerbaijan – Azərbaycana birgə yardım) kimi təşkilat və layihələrdə könüllü kimi işləyib. 2015-ci ildə Sosial iş fakültəsindən üçüncülüklə məzun olub. Həmin ilin iyul ayında hərbi xidmətə yollanıb. 9 aprel 2016-cı il tarixdə cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olub. Sabunçu rayon Pirşağı qəsəbəsindəki kənd qəbirstanlığında dəfn edilib.

Şəhidin son olaraq məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı status diqqət çəkib:

“Və budur, kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5 ay. Məzuniyyətdə olduğum vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim. Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!”

Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub. Şəhidin medalı Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən ailəsinə təqdim olunub.

Şəhidimizin adına 2016-cı ildə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən “Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı mükafatı” təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

Oxuduğu Azərbaycan Universiteti tərəfindən isə 2016-cı ilin may ayında “Fəxrəddin Qurbanlı adına təqaüd” ayrılıb. Təqaüdün 2016/2017-ci tədris ilindən etibarən Sosial iş fakültəsində yüksək göstəricilərlə oxuyan tələbələrə verilməsi nəzərdə tutulur.

Allah Rəhmət Eləsin!!!

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
Daha çox yükləyin Şəhidlər

Bir cavab yazın

Bunu da oxu

Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimi…